XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Mart 2017 - 13:45

ABŞ-da Trampı və Ziya Məmmədovuyoxlamağa çağırdılar

Amerikanın məşhur “İnsanlar üçün söz azadlığı” təşkilatı Nyu-York ştatının baş prokuroru Erik Şneydermana müraciət edərək, prezident Donald Trampın biznes-holdinqlərini yoxlamağa çağırıb.

Virtualaz.org “The Huffington Post” nəşrinə istinadən xəbər verir ki, qeyri-hökumət təşkilatı nüfuzlu “New Yorker” jurnalının məqaləsində yer alan faktlardan narahatlığını bildirib.

Həmin yazıda “Trump Organization”ın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsi ilə apardığı işlərdən və Bakıda tikilməsi planlaşdırılan elit daşınmaz əmlakdan bəhs edilir.

QHT prokurordan bu sövdələşmələrin “Ölkənin xaricində korrupsiya haqqında” qanuna uyğun gəlib-gəlməməsini yoxlamağa çağırıb.