XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 15:29

Vaqif Əsədov:“Bayram şənliklərinə qatılmaq istəyənlər ictimai nəqliyyatdan istifadə etsinlər”

“Bakıda Novruz bayramına hazırlıq işləri gedir. Bayram günlərində paytaxtın mərkəzi yollarında və rayonlara gedən yollarda canlanma müşahidə olunacaq. Bu münasibətlə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib”.

Bu sözləri “Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 9 gün qeyri-iş günü olması münasibətilə rayonlar istiqamətində hərəkət edən avtomobillərin sayının çox olmasını nəzərə alaraq yollarda xüsusi təhlükəsizik tədbirləri görulüb, polis əməkdaşlarının sayı artırılıb.

Şöbə rəisi sürücülərə xəbərdarlıq edib: “Bayram şənliklərinə qatılmaq istəyənlər əraziyə şəxsi avtomobillə gəlməyin mümkün olmadığını düşünməlidirlər. Yəni təhlükəsizliyin təmin edilməsi, şənlik iştirakçıları arasında asayişin qorunması məqsədilə şəxsi avtomobillə gəlməmək tövsiyə olunur. Gənclər meydanı, Qoşa qala qapısı, İçərişəhər, Qız qalası və ətrafı, Dənizkənarı Milli Park boyu bir-birindən fərqli bayram şənliklərin keçirilməsi nəzərdə tutulub. Ora qatılmaq istəyənlər, iştirakçılar da çoxdur. Bayram şənliklərinə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur”.

Qeyd edk ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il ölkəmizdə Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23 və 24-ü qeyri-iş günləridir. Martın 18, 19, 25 və 26-sı şənbə və bazar günlərinə təsadüf etdiyindən iş olmayacaq. Beləliklə, qeyri-iş günlərinin sayı 9 gün olacaq. Martın 27-si isə iş günü hesab edilir.