XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 21:05

Ərdoğanı gətirən helikopter nazir müavini və həyat yoldaşına problem yaşatdı –FOTOLAR

kurtulmus-helikopter

Anım tədbirinə qatılmaq üçün Çanaqqala şəhərinə gələn Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş və həyat yoldaşı Sevgi Qurtulmuş helikopterin yaratdığı güclü hava axını səbəbindən çətin anlar yaşayıblar.

Helikopterdən enən cütlük irəliyə doğru addımlamağa başlayıb.

Bu zaman prezident Rəcəb Tayyib Ərdoğanı gətirən helikopterin havaya qalxması səbəbindən yaranan güclü hava axını nəticəsində Qurtulmuşla həyat yoldaşı yeriməkdə çətinlik çəkib və yerə uzanıb.

Daha sonra onlar mühafizəçilərin köməyi ilə ayağa qaldırılıb/Axar.az.