XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 23:26

Stolüstü Tennis Federasiyasının İdman Kompleksifəaliyyətə başladı

Martın 18-də Sumqayıt şəhərində Dənizkənarı Bulvar ərazisində açılmış Azərbaycan Stolüstü Tennis Federasiyasının İdman Kompleksinə baxış keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti, iqtisadiyyat naziri Şahin Mustafayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.

Müasir idman kompleksi yüksək səviyyəli idmançıların, milli yığma komanda üzvlərinin hazırlanması, müxtəlif yaş qrupları arasında respublika və beynəlxalq səviyyəli təlim-məşq toplantılarının və yarışlarının yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulub. Ümumi sahəsi 6000 kv.m olan kompleksə ixtisaslaşdırılmış stolüstü tennis zalı, 2 müasir süni örtülü mini futbol meydançası və inzibati bina daxildir. Binada 6 soyunub-geyinmə otağı, 4 yuyunma otağı, istirahət otaqları və kafe var.

Bu stolüstü tennis zalında hər biri 2 saat olmaqla 4 məşq keçirilə bilər. Məşq prosesi üçün zalda 25-ə qədər tennis stolu yerləşdirmək mümkündür ki, bu da bir məşqçiyə 50 yeniyetmə idmançı ilə məşq etmək imkanı yaradır. Ümumilikdə gün ərzində 200-dən çox tennisçi kompleksdən istifadə edə bilər. Bununla yanaşı müasir standartlara cavab verən 2 mini futbol meydançası idmançıların istifadəsinə verilib.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennis üzrə yığma komandası hər il Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış edir, ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirirlər. İdmançılarımız 2015-ci ildə beynəlxalq turnirlərdə 3 qızıl, 2 gümüş və 3 bürünc medal, 2016-cı ilin beynəlxalq yarış və çempionatlarda 2 gümüş və 3 bürünc medal, 2017-ci il fevral ayında beynəlxalq yarış və çempionatlarda isə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.

Azərbaycanda stolüstü tennisin inkişafı istiqamətində görülən işlər nəticəsində dünya üzrə komanda reytinqində qadınlardan ibarət komandamız 2017-ci ildə 39 pillə irəliləyərək 43-cü, yeniyetmə qızlardan ibarət komandamız 56 pillə irəliləyərək 14-cü yerə yüksəlib. Oğlanlardan ibarət komandamız isə 64-cü (26 pillə irəliləyib), yeniyetmə oğlanlardan ibarət komandamız isə 13-cü (75 pillə irəliləyib) yerdə qərarlaşıb.

Bu gündən istifadəyə verilən Stolüstü Tennis Federasiyasının İdman Kompleksi stolüstü tennisin kütləviliyinin, uşaq və gənclərin idmana marağının artırılmasında, asudə vaxtın səmərəli təşkilində və sağlamlığın daha da möhkəmlənməsində və ümumilikdə idmanın inkişafında əhəmiyyətli olacaq.