XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Mart 2017 - 14:10

Nigeriyada terror aktı törədilib:4 nəfər ölüb

Nigerya

Martın 18-də yerli vaxtla saat 21 radələrində Nigeriyanın şimal-şərqində Mayduquri şəhəri yaxınlığında kəndə üç terrorçu-kamikadze hücum edib.

Terrorçu-kamikadzelərin törətdiyi partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ölənlər könüllü döyüşçü, bir qadın və iki uşaqdır.

Qeyd edək ki, bundan əvvəl cümə axşamı radikal “Boko Haram” qruplaşması Borno ştatında yaşayış məntəqələrinə hücum edib.   (APA)