XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 Mart 2017 - 19:44

İsraildən Suriyaya:"Müdafiə batareyalarını məhv edərik"

Aviqdor

Suriya İsrail təyyarələrinə təhlükə yaratmağa davam edərsə, bu ölkənin havadan müdafiə batareyaları məhv ediləcək.

Bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman deyib.

Nazir onu da vurğulayıb ki, İsrail heç vaxt Suriyadan Hizbullaha silah daşınmasına icazə verməyəcək.

Qeyd edək ki, bir neçə gün öncə Suriya ordusu İsrailə məxsus hərbi təyyarənin vurulduğunu açıqlamışdı.

Lakin İsrail hərbi dairələri bu xəbəri təkzib etmişdi.  (Axar.az)