XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2017 - 21:29

Müqtəda əs-Sədrin hərbi müşaviri:"Əcnəbi hərbiçilərə qarşı mübarizə aparacağıq"

əs sədr

İŞİD-in məhvindən sonra əcnəbi hərbçilər İraqda qalarsa həmin qüvvələrə qarşı silahlı mübarizə aparacağıq.

Bu açıqlama ilə İraqda Sədr hərəkatının lideri Müqtəda əs-Sədrin hərbi müşaviri Əbu Dua İsavi çıxış edib.

“İraqda yerləşdirilən əcnəbi qüvvələr İŞİD-lə mübarizəyə dəstək vermək üçün çağırılıb. İŞİD-dən sonra sözügedən hərbi qüvvələr İraqda qalarsa, onlara qarşı mübarizə aparacağıq”, – İsavi bildirib.

Hərəkat nümayəndəsi onuda əlavə edib ki, hökumətə qarşı nümayişlər davam etdiriləcək.  (Axar.az)