XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

20 Mart 2017 - 13:08

Rusiyaya Azərbaycandan 14 tona yaxın tomatın ixracı qadağan edilib –Səbəb

tomat

Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan  Rusiyaya  aparılan 13 ton 941 kq təzə tomat saxlanılıb.

Rusiyanın fitosanitar müfəttişləri Azərbaycandan gətirilən tomatın sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də malın saxlanılması barədə qərar verilib.

Tomat yükünün sahibi karantin altında məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb edilib. 13 ton 941 kq tomatın Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub. /APA