Belarus Dövlət Sərhəd Xidməti Ermənistandan uçan və tranzit olaraq Belarusdan keçən təyyarənin göyərtəsində radioaktiv yük aşkarlandığını təsdiqləyib.
Dövlət Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Anton Bıçakovski bildirib ki, Belarus üzərindən tranzit olaraq keçməklə Ermənistandan Bolqarıstana uçan təyyarənin göyərtəsində radioaktiv yük aşkarlanıb.
Qomel aeroportunda təyyarədə axtarış aparılan zaman radioaktiv yük aşkarlanıb. Təyyarə sərnişin təyyarəsi olmayıb. /APA