XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Mart 2017 - 19:17

Belarus DSX:"Ermənistandan Bolqarıstana uçan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olub"

Təyyar\

Belarusun hava məkanından keçməklə Ermənistandan Bolqarıstana, daha sonra isə Xorvatiyaya uçması nəzərdə tutulan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olan avadanlıq aparıldığı üzə çıxıb.

Bunu jurnalistlərə açıqlamasında Belarus Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarət idarəsinin rəisi Oleq Lyaşuk bildirib.

Martın 19-da Ermənistandan Bolqarıstana uçan təyyarə tranzit olaraq keçdiyi Belarusun Qomel aeroportunda yoxlanılan zaman göyərtəsində radioaktiv yük aşkarlanıb.

Bu barədə  ilk dəfə bu gün “Qərb-2017” Rusiya-Belarus hərbi təliminin təşkili ilə bağlı iclasda Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib. /APA