XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2017 - 23:26

2016-cı ildə Rusiya vətəndaşlığı alan Ermənistan sakinlərinin sayı açıqlandı –22 min 264 nəfər

pasport-rus

Keçən il Ermənistan vətəndaşı olan 22 min 264 nəfər Rusiya vətəndaşlığı alıb.

APA-nın “panarmenian.net” saytına istinadən verdiyi məlumata görə, bu, Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı hesabatda yer alıb.

Rusiya vətəndaşlığı alan Ermənistan vətəndaşlarının sayı 2015-ci ildə isə 18 min 653  nəfər olub.

Qeyd edək ki, 2016-cı ildə Ukrayna vətəndaşı olan 100 min 696 nəfər, Qazaxıstan vətəndaşı olan 37 min 837 nəfər , Özbəkistan vətəndaşı olan 23 min 216 nəfər Rusiya vətəndaşlığı alıb.