XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2017 - 16:31

Bu ölkələr ABŞ-a elektrik qurğuları apara bilməyəcək –SİYAHI

teyyare rus

Şimali Afrika və Yaxın Şərqdə 8 ölkənin beynəlxalq aeroportundan ABŞ-a uçan təyyarələrin göyərtəsində elektrik qurğularının daşınmasına müvəqqəti qadağa qoyulacaq.

“Associated Press” agentliyi bu barədə ABŞ hakimiyyətindəki anonim mənbəyə istinadən məlumat yayıb.

Elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək.

ABŞ-ın Nəqliyyat üzrə Təhlükəsizlik Administrasiyası aviaşirkətləri bu barədə bu gün məlumatlandıracaq. /APA