XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

22 Mart 2017 - 15:58

Naxçıvan Beynəlxalq Hava Limanından bir ayda14 mindən çox sərnişin istifadə edib

Naxçıvan Beynəlxalq Hava Limanı muxtar respublikada sərnişindaşımada mühüm paya malikdir. Hava limanında aparılan quruculuq işləri sərnişin dövriyyəsinin artmasına və xidmətin səviyyəsinin yüksəldilməsinə səbəb olub.

Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, fevral ayında yerli hava xətti ilə 14 min 63 sərnişin, 194 min 253 kiloqram baqaj, 29 min 886 kiloqram yük və 2 min 706 kiloqram poçt daşınıb.

Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 154 sərnişin, 1363 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 215 sərnişin və 1847 kiloqram baqaj daşınıb.

Bu dövrdə Naxçıvan Beynəlxalq Hava Limanında teleskopik traplara, nəzarət-müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilib, aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, havalandırma sistemlərinə texniki qulluq göstərilib, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılıb, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilib.