XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2015 - 11:07

Azərbaycan Ermənistandakı proseslərlə bağlı tam məlumatlıdır – Müdafiə Nazirliyi

Azərbaycan tərəfi düşmən barədə, eləcə də Ermənistan Respublikasında baş verən bütün proseslərlə bağlı istənilən məlumata malikdir.

Bunu Strateq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriliblər.

Nazirlik bəyan edir ki, bu yaxınlarda “Dağlıq Qarabağın müdafiə naziri” Movses Akopyanın telefon danışığının audio yazısının ictimailəşməsi bunun əyani sübutudur.

Cəbhədə erməni tərəfinin itkilərin gizlədilməsinə gəldikdə isə, həqiqətən erməni tərəfi bütün iyrənc üsullardan istifadə edərək xeyli sayda olan itkilərini gizlədir: “Bütün bunlara baxmayaraq, erməni mətbuatının yaydığı rəsmi məlumatları izləsəniz, ermənilərin itkilərinin statistikasını açıq-aydın görə bilərsiniz. Hətta, rəsmi məlumatlar əsasında yayılan xəbərlər istər Ermənistan Respublikasında, istərsə də düşmən ordusunda vəziyyətin nə qədər acınacaqlı, dözülməz və şəraitin yaxşılığa doğru bərpasının ümidsiz olduğunu açıq-aydın göstərir. Buna bariz nümunə isə martın 22-də Azərbaycan tərəfinə könüllü surətdə keçmiş erməni hərbi qulluqçusu A.Qriqoryanın səsləndirdiyi fikirlərdir”.

Qeyd edək ki, Ermənistan KİV-i martın 29-30-da cəbhə gedən döyüşlər zamanı 7 erməni hərbçisinin öldüyü barədə məlumat yayıb. Rəsmi orqanlar isə bu barədə dəqiq məlumat vermirlər. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, erməni tərəfinin itkiləri açıqlanan rəqəmlərdən qat-qat çoxdur və ermənilər bu itkiləri yavaş-yavaş, tədricən açıqlayacaqlar.