XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2017 - 11:19

Yoahim Löv:“Azərbaycan millisi heç vaxt oynamadığı qədər yaxşı çıxış edir”

lov

"Qələbə və "quru" seriyamızı bazar günü də davam etdirəcəyimizə tam əminəm".

"Report"un məlumatına görə, bunu Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə martın 26-da keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.

Seçmə tsikldəki ardıcıl 4 qələbə sayəsində rəqib qapılarından 16 cavabsız top keçirən Bundestim ötən gün yoldaşlıq görüşündə İngiltərəni də yenib – 1:0. Löv bildirib ki, hazırda Azərbaycan millisi seçmə mərhələdə heç vaxt oynamadığı qədər yaxşı çıxış edir. O, matçın asan keçməyəcəyini vurğulayıb. 57 yaşlı mütəxəssis C qrupunda 7 xalla 3-cü pillədə olan komandanın sürprizə qadir olduğuna dair xəbərdarlıq edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya matçı saat 20:00-da başlanacaq.