XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

23 Mart 2017 - 13:16

Azərbaycan ordusunun mayoru Sumqayıt yolunda qəza törətdi –Maşın dirəyə çırpıldı, hərbiçi yaralandı  

qeza

Bakı-Sumqayıt şossesində bu gün səhər saatlarında qəza baş verib, nəticədə yolda hərəkətin sıxlığı yaranıb.

"Report"un xəbərinə görə, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Rəhman Səlimovun idarə etdiyi "Mercedes" markalı avtomobil körpünün dirəyinə çırpılıb. Avtomobil aşaraq yerdə bir neçə dövrə vurub. Sürücü bədən xəsarətləri alıb, avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qeyd edək ki, sürücü Rəhman Səlimov Azərbaycan Silahlı Qüvvələrində mayor rütbəsi daşıyır.