XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Mart 2017 - 15:28

Azərbaycan vətəndaşı Monteneqrodakı bankın rəhbəri oldu

bank montr

Kamran Məmmədov «Nova Banka AD Podgorica»nın baş icraçı direktoru təyin olunub.

O, ötən il Monteneqronun maliyyə xidmətləri bazarına daxil olmuş bu Azərbaycan kapitallı bankda Miodrag Radoniçi əvəzləyib. Bankın yaydığı məlumatda deyilir ki, Nikola Marinovic risklər və maliyyə məsələləri üzrə direktor təyin edilib. Ondan öncə bu vəzifəni Kamran Məmmədov daşıyırdı.

Kamranın «AtaBank» və «Kapital Bank» ASC-lərdə 15 illik təcrübəsi var.

BANK BİRİNCİ İL ZƏRƏR EDİB

Monteneqro Mərkəzi Bankı vasitəsilə açıqlanmış maliyyə hesabatına görə, «Nova Banka» ötən ili 1 milyon 127 min avro zərərlə başa vurub. Bankın aktivləri də bir qədər azalaraq, 11.6 milyon avro səviyyəsinə enib.

Apreldə «Azmont Bank» ASC-yə bank lisenziyası verilsə də, təsisçi sentyabrda bankın adını dəyişmək qərarına gəlib.

AZƏRBAYCANIN AVROPADA ƏN İRİ SƏRMAYƏ

Fəaliyyətə 11 milyon 980 min avro kapitalla başlayan bu bank Monteneqroda 2012-ci ildə qurulan «Azmont Investments» MMC-yə məxsusdur. Şirkət sözügedən Balkan ölkəsində 650 milyon avro dəyərində «Portonovi» turizm və lüks villalar layihəsinin ilk mərhələsini bu il tamamlayıb. 152 milyon avroluq payların 100 faizinə də «Azerbaijan Global Investments» (AGI) şirkəti nəzarət edir.

AGI-nin səhmdarları Azərbaycanın ən iri investisiya təsislərindən olan «Pasha Development», «AtaHolding» və «Synergy Group» şirkətləridir. «Portonovi» istər AGI-nin, istərsə Azərbaycanın Avropada ən iri özəl sərmayə layihəsidir.