Ukrayna Prezidenti Pyotr Poroşenko təhlükəsizlik qüvvələri ilə təcili iclas keçirib.
Bu sözləri "Feysbuk" səhifəsində Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Çeqolko paylaşıb.
Onun sözlərinə görə, Poroşenko görüşdə eks-deputat Denis Voronenkovun öldürülməsini Rusiya tərəfindən törədilən dövləti terror aktı adlandırıb(Axar.az).
Qeyd edək ki, Rusiya Dumasının eks-deputatı Denis Voronenkov bu gün Kiyevdə qətlə yetirilib.