XƏBƏR LENTİ

20 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2017 - 11:05

ABŞ senatorları İrana qarşı sanksiya tələb edir –Yeni qanun layihəsi hazırlandı

ag-ev

ABŞ-ın nüfuzlu senatorları respublikaçı Robert Korker və demokrat Robert Menendes İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan dair qanun layihəsini təqdim ediblər.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, qanun layihəsi ballistik raketlərinin buraxılışını həyata keçirməsi və “nüvə sahəsi ilə əlaqəsi olmayan digər fəaliyyət növləri” ilə məşğul olması səbəbindən Tehrana qarşı sanksiyaların sərtləşdirilməsini təklif edir.

Məlumata görə, senatorların hazırladığı sənəd “altılıq” ölkələrinin İranın nüvə proqramı ilə bağlı əldə etdiyi razılaşma ilə heç cür kəsişmir.