XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Mart 2017 - 12:18

Sabah hava necə olacaq? –Proqnoz

hava 00

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, martın 25-də şimal-şərq  küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti,  gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz  12-14° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək  – 770 mm civə sütunundan 763  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz  60-70% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.