XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2017 - 15:37

Mübarək 6 illik həbsdən sonra evinə qayıtdı –Vəkildən açıqlama

Hosni Mubarak-kzmG--621x414@LiveMint

Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirənin Maadi rayonunda yerləşən hərbi hospitaldan çıxaraq, 6 illik həbsdən sonra evinə qayıdıb.

Bu barədə “Əl-Məsri əl-Yaum” nəşrinə eks-prezidentin vəkili Fərid əd-Dib məlumat verib.

Qeyd edək ki, bu il martın əvvəllərində Qahirənin kassasiya məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş iğtişaşlarda nümayişçilərin ölümü ilə bağlı cinayət işi üzrə eks-prezident barəsində bəraət qərarı çıxarıb. Bunun ardınca Baş Prokurorluq H. Mübarəkin həbsdən azad edilməsinə razılıq verib.

88 yaşlı eks-prezident səhhətindəki problemlərlə əlaqədar hərbi hospitalda müalicə olunurdu.

H. Mübarəki evində ailə üzvləri və vəkili qarşılayıb.

“O, ailə üzvləri və dostları ilə birlikdə ənənəvi Misir yeməkləri ilə səhər yeməyi yeyib”, – deyə əd-Dib bildirib.

 H. Mübarək 2011-ci ilin yazında həbs olunub. 2012-ci ildə – “Müsəlman qardaşları” təşkilatının nümayəndəsi Məhəmməd Mursi hakimiyyətdə olarkən məhkəmə onun barəsində ömürlük həbs hökmü verib.

Lakin 2014-cü ildə hərbçilər M. Mursini devirərək, hakimiyyətə gəldikdən sonra H. Mübarək bəraət alıb.

Məhkəmə 2016-cı ildə H. Mübarək və oğlanlarını yalnız korrupsiya cinayətlərində təqsirli bilib, eks-prezident barəsində bir iş üzrə 3 illik həbs cəzası çıxarılıb. H. Mübarək bu həbs müddətini çəkdiyi üçün azadlığa buraxılıb. /APA