XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2017 - 17:03

Putin prezidentliyə namizəd Marin Le Penlə görüşdü –Müzakirə + FOTO

lepen-putin

Rusiya prezidenti Vladimir Putin ölkədə səfərdə olan Fransa prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının lideri Marin Le Peni qəbul edib.

"RİA Novosti”in verdiyi xəbərə görə, V. Putin bildirib ki, M. Len Pen Avropada sürətlə inkişaf edən siyasi qüvvələr spektrini təmsil edir.

O, Fransa ilə münasibətlərə çox böyük önəm verdiklərini, həm hakimiyyət, həm də müxalifətlə bərabər səviyyəli əlaqələr qurmağa çalışdıqlarını söyləyib: "Biz qətiyyən baş verən hadisələrə təsir göstərmək istəmirik, lakin bizim tərəfdaşlarımız, məsələn, Avropa və ABŞ kimi, bütün siyasi qüvvələrin nümayəndələri ilə ünsiyyət yaratmaq hüququmuzu özümüzdə saxlayırıq”.

M. Le Pen isə Fransanın Rusiya ilə dərin mədəni, iqtisadi və strateji əlaqələri olduğunu vurğulayıb. O, Rusiya ilə Fransanı terrorçuluqla real mübarizə aparan ölkələr adlandırıb. /APA