Rusiyanın Kazan şəhərindəki barıt zavodunda yanğın baş verib, hadisə yerində yanğınsöndürən ölüb.
TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin məlumatında deyilir.
Məlumata əsasən, yanğın zavodun hazır məhsullar sexində baş verib. Yanğın 400 kv/m ərazini əhatə edib.
Hazırda yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.
APA