XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 10:29

Samvel Babayan barəsindəhəbs qətikman tədbiri seçilib

Yerevan məhkəməsi qondarma "Dağlıq Qarabağ Respublikası"nın sabiq "müdafiə naziri" Samvel Babayan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

 Bu barədə S.Babayanın vəkili Avetis Kalaşyan bildirib.

Onun sözlərinə görə, S.Babayan və daha iki şəxs "İqla" zenit-raket kompleksinin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.

Vəkil qeyd edib ki, S.Babayan özünü təqsirli bilmir, işin detalları isə bu gün açıqlanacaq.

S.Babayan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S.Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər. Hazırda zenit-raket kompleksinin əldə edilməsinin motivləri, mümkün hədəfləri və maliyyə mənbəyi öyrənilir. /APA