XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Mart 2017 - 15:17

Almaniya milli komandası Bakıdaşəhər gəzintisinə çıxıb

Bakıda səfərdə olan futbol üzrə Almaniya milli komandasının üzvləri bu gün paytaxt gəzintisinə çıxıblar. 

"Report"un Almaniya Futbol İttifaqının sosial şəbəkələrdəki səhifələrinə istinadən verdiyi məlumata görə, gəzintidə qurumun rəsmiləri və Bundestimin bir neçə futbolçusu iştirak edib. Onlar bələdçinin müşayiəti ilə Şirvanşahlar Sarayı, Qız Qalası, İçəri Şəhər və digər görməli yerlərdə olublar. 

Martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya matçı saat 20:00-da başlanacaq.