XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 18:52

Almaniya millisinin Bakıdakı məşqi böyükmaraqla qarşılanıb

Almaniya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə məşqə çıxıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Çalışmalara Bakıya gələn 21 futbolçunun hamısı qatılıb.

Onların arasında İngiltərə ilə yoldaşlıq görüşündə iştirak etməyən 4 oyunçu, o cümlədən, Məsut Özil də olub. Komanda üzvlərinin hamısı baş məşqçi Yoahim Lövün tapşırqlarına uyğun müxtəlif fiziki təmrinləri yerinə yetiriblər.

Açıq məşqi 200-dək şəxs, o cümlədən, çoxsaylı jurnalistlər izləyib.