XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 18:42

Yoaxim Löv:"Azərbaycan millisinin dörd oyundan 7 xal toplaması yaxşı başlanğıcdır"

"Məqsəd aydındır. Buraya üç xal üçün gəlmişik. Ümumiyyətlə, əsas məqsədimiz yaya qədər bütün oyunlarda qələbə qazanmaqdır. Qarşıda San-Marino millisi ilə oyunumuz var. Həmin matçda da bizi qələbədən başqa heç bir nəticə qane edə bilməz".

Azərtac xəbər verir ki, bunu futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoaxim Löv Azərbaycan yığması ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Jurnalistlərin suallarını cavablandıran baş məşqçi Məsud Özildən başqa bütün futbolçuların forma geyməyə hazır olduqlarını bildirərək deyib: “Yalnız Məsud Özilin meydanda olub-olmayacağı hələ tam məlum deyil. Qapıçı Ter-Ştegen İngiltərə ilə oyunda yaxşı təsir bağışladı. Amma digərləri də məşqlərdə özlərini yaxşı göstərdilər. Ona görə də yalnız oyundan əvvəl start heyətdə kimin yer alacağı ilə bağlı qərar qəbul edəcəyik.

Son illər Azərbaycan futbolunda nəzərəçarpacaq inkişafın olduğunu vurğulayan Yoaxim Löv deyib: “Azərbaycan müdafiə olunmağı yaxşı bacarır, taktiki planı inkişaf etdirib. Azərbaycan millisinin dörd oyundan 7 xal toplaması yaxşı başlanğıcdır. Çexiya və Şimali İrlandiya milliləri ilə növbəti oyunlarda yaxşı nəticələr əldə etsə, Azərbaycan qrup ikincisi ola bilər”.