XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2017 - 19:08

Azərbaycan millisinin üzvlərinə100 min manatlıq mükafat

Dünya çempionatı 2018-in seçmə matçında Almaniyaya uduzmasalar, Azərbaycan yığmasının futbolçuları AFFA-dan böyük məbləğdə mükafat alacaqlar.

Lent.az “Azerifootball”a istinadən xəbər verir ki, qələbə qazanacağı təqdirdə, əsas heyətin oyunçuları hərəyə 100 min, əvəzetməyə çıxmış futbolçular 75 min, ehtiyatda qalmış və personal üzrə oyunçular 50 min manat alacaqlar.

Əgər Azərbaycan yığması heç-heçə oynasa, onda əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda olanlara və personala isə 50 faizi veriləcək.

Xatırladaq ki, Azərbaycan – Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlanacaq.