XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

26 Mart 2017 - 09:12

Ukrayna Rusiyanın “Eurovision-2017”–də iştirakınınşərtini açıqlayıb

Rəsmi Kiyev bəyan edib ki, Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsinə təmsilçisini o halda qəbul etməyə hazırdır ki, hazırkı təmsilçi Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin.

Bunu Ukraynanın baş nazirinin müavini Vyaçeslav Kirilenko “Ukrayna radio”sunun efirində deyib.

Vyaçeslav Kirilenko, Moskvanın bu şərti qəbul edəcəyinə ümid etdiyini bildirib. Kirilenko müsabiqə ətrafında yaranan vəziyyəti Rusiya tərəfindən törədilən təxribat adlandırıb.   

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı “Eurovision-2017”–də  "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.    (APA)