XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Mart 2017 - 09:32

Trampa ən yaxın adamın Türkiyə səfərininvaxtı açıqlanıb

Birləşmiş Ştatların dövlət katibi Reks Tillersonun Türkiyəyə edəcəyi səfərin tarixi dəqiqləşib.

Donald Trampa ən yaxın adam hesab olunan Tillerson martın 30-da Ankarada olacaq. Səfər çərçivəsində onun prezident Rəcəb Tayyib Ərdoğanla görüşü də gözlənilir.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilir ki, Tillerson Ərdoğanla yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşəcək. Danışıqlarda NATO-dakı əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin gələcəyi müzakirə olunacaq. (Trend)