XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

26 Mart 2017 - 13:56

Danimarka şirkəti Azərbaycanda hind quşu fabriki açmağıplanlaşdırır

 Danimarka şirkətləri Azərbaycana müasir texnologiya gətirirməyi və azərbaycanlı tərəfdaşlarla birgə İsmayıllı rayonunda hind quşu fabriki açmağı planlaşdırır.

Bu barədə martın 26-da etimadnaməsini Prezidentİlham Əliyevə təqdim edən Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinq məlumat verib.

Danimarka şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan səfir ölkəsini təmsil edən şirkətin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, “Carlsberg” şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq hazırda ölkəmizin qida sənayesinə investor cəlb etdiklərini bildirib.

Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanacağını da bildirən danimarkalı diplomat əlaqələrimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.  (Report)