Hollandiya millisinin baş məşqçisi Danni Blind istefaya göndərilib.
İstefaya komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışı səbəb olub.
Son turda Bolqarıstana 0:2 hesabı ilə məğlub olan və 5 oyundan sonra cəmi 7 xal toplayan Hollandiya yığması hazırda “A” qrupunda 4-cü pillədə qərarlaşıb.
Komandanın baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Fred Qrim icra edəcək.
Qeyd edək ki, 55 yaşlı D.Blind 2015-ci ilin iyulunda baş məşqçi vəzifəsinə təyin edilmişdi. (APA)