XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 11:24

Nazir Hüseyn Bağırov martın 30-da Ağdamda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 30-da Ağdam, Ağcabədi, Tərtər, Bərdə rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş saat 09:30-da Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 14 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Ağdam şəhəri, Quzanlı qəsəbəsi) müraciət etmələri (əlaqə telefonları: 026-325-05-64, 051-608-27-20, 070-299-22-62) xahiş olunur.