XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

27 Mart 2017 - 11:57

Türkiyədəki seçki ilə bağlı Bakı, Naxçıvan və Gəncədə  seçki məntəqəsi açılacaq

Türkiyədə aprelin 16-da keçiriləcək referendumla bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 9-da səs verəcəklər.

 Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə səfirlikdə, Gəncə və Naxçıvandakı baş konsulluqlarda seçki məntəqəsi açılacaq. Məntəqələr saat 09:00-21:00 arası fəaliyyət göstərəcək. Azərbaycanda 6 mindən çox Türkiyə vətəndaşı yaşayır.

 Xatırladaq ki, aprelin 16-da Türkiyədə keçiriləcək referendumda xalq Konstitusiya dəyişikliyi təkliflərinə münasibətini bildirəcək.