XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

27 Mart 2017 - 16:43

Minsk Qrupunun həmsədrləri Ermənistanda səfərdədir

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir.

 “İnterfaks”ın verdiyi məlumata görə, onlar Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

 Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesinin irəliləməsinə dair addımlar müzakirə olunub. Tərəflər Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinə ehtiyac olduğunu vurğulayıb.

 Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri martın 10-11-də Azərbaycanda səfərdə olublar.