XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 19:52

Azərbaycanın yeni səfiri etimadnaməsini Argentina prezidentinə təqdim edib –FOTO

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini bu ölkənin prezidenti Maurisio Makriyə təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sonra keçirilən görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Argentina dövlətinin başçısına çatdırıb.

Prezident Maurisio Makri onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov Prezident Maurisio Makriyə ölkəmiz barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan ilə Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Maurisio Makri səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.