XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 23:51

İldə ən çox qazanan futbolçu və məşqçinin adı –SİYAHI

Dünyanın ən çox qazanc əldə edən futbolçularının siyahısı açıqlanıb.

" France Football " jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb.

32 yaşlı futbolçu ötən il ərzində 87,5 milyon avro qazanıb. İkinci yeri “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 76,5 milyon avro olub. Üçlüyü “Barselona” klubunun və Braziliya millisinin futbolçusu Neymar tamamlayıb – 55,5 milyon.

Ən çox məvacib alan məşqçilərin siyahısına “Mançester Yunayted” klubuna rəhbərlik edən portuqaliyalı Joze Mourinyo başçılıq edir. Onun illik qazançı 28 milyon avrodur. İkinci pillədə Çin yığmasının çalışdırıcısı italiyalı Marçello Lippidir – 23,5 milyon avro. “PSJ”-nin sabiq baş məşqçisi Loran Blan 20 milyon avro ilə 3-cü pillədədi.

APA