XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Mart 2017 - 23:52

“Hazırda nüvə silahından imtina etmək mümkün deyil”ABŞ-ın BMT-dəki daimi nümayəndəsi

Hazırda nüvə silahından imtina etmək mümkün deyil.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“Təbii ki, mən ailəmin nüvə silahından azad dünyada yaşamasını istəyirəm. Lakin biz realist olmalıyıq. Bu gün Şimali Koreyanın nüvə silahından imtina edəcəyinə inanan varmı?”, deyə N.Heyli bildirib.

Qeyd edək ki, BMT-də nüvə silahının tam qadağası üzrə Konvensiyanın hazırlanmasına dair konfrans keçirilir. ABŞ, Böyük Britaniya və Fransa konfransda iştirak etməkdən imtina ediblər.