XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Mart 2017 - 08:39

Şimali Koreya ballistik raketin mühərrikinisınaqdan keçirib

Martın 24-də Şimali Koreya qitələrarası ballistik raketin mühərrikini sınaqdan keçirib.

Bu barədə CNN telekanalı ABŞ ordusundakı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, bu, son bir neçə həftə ərzində keçirilən sayca üçüncü sınaqdır.  Martın 19-da rəsmi Pxenyan “Tonçhan-Ri” raket bazasında yeni nəsil  raket mühərrikini sınaqdan keçirdiyi bəyan edib. Bundan sonra KXDR lideri Kim Çen In bildirib ki, keçirilən uğurlu sınaqlar ölkənin raket sənayesinin yeni mərhələyə keçdiyini təmin edib.  Cənubi Koreya hərbçilərinin məlumatına görə, martın 22-də keçirilən raket sınağı uğursuz nəticələnib (APA)