XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

28 Mart 2017 - 12:05

Gürcüstan DİN:"Ermənistana "İqla" zenit-raket kompleksi keçirmək istəyəş daha bir nəfər saxlanılıb"

Gürcüstanda Ermənistana qanunsuz yolla "İqla" zenit-raket kompleksinin keçirilməsi cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb.

APA-nın “tert.am”a istinadən verdiyi məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Mərkəzi Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş İdarəsinin əməkdaşları Tbilisidə Ermənistan Polisinin cinayət-axtarış baş İdarəsi tərəfindən axtarışda olan Ermənistan vətəndaşı Robert A.-nı saxlayıb.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti “İqla” zenit-raket kompleksinin qaçaqmal yolu ilə Ermənistan gətirilməsi ilə əlaqədar cinayət işi çərçivəsində Dağlıq Qarabağdakı erməni ordusunun keçmiş komandanı Samvel Babayan da daxil olmaqla 3 nəfəri saxlayıb. S. Babayan barəsində 2 aylıq həbs qərarı çıxarılıb.