Gəncə şəhərinin Kəpəz rayonunda minaatan mərmisi tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, "DOS-84″ adlanan yaşayış ərazisinə baxış keçirilib, 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar edilərək götürülüb.
Mərmi ANAMA-nın mərkəzi məhvetmə ərazisinə aparılaraq partlayış yolu ilə zərərsizləşdirilib.
Əməliyyat (DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı əsasında aparılıb.