XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2017 - 17:42

Azərbaycanlı xanım bank rəhbəri oldu –Tacikistanda

Azərbaycanlı mütəxəssis Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) Tacikistan nümayəndəliyinin rəhbəri təyin olunub.

"APA-Economics" bankın saytında yer alan məlumata istinadən xəbər verir ki, bu vəzifə Aytən Rüstəmovaya həvalə olunub.

O, bu vəzifədə Riçard Counzu (Richard Jones) əvəzləyib. Öz növbəsində R.Counz EBRD-nin baş ofisinə təyinat alıb.

Qeyd edək ki, A.Rüstəmova 2001-ci ildən etibarən ERBD-də çalışır. Onun sonuncu vəzifəsi EBRD-nin Bakı ofisinin baş bankiri olub.

"Mən EBRD-nin Tackistandakı fəaliyyətinə töhfə vermək üçün səbrsizlənirəm", – deyə, o, bildirib.