XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

28 Mart 2017 - 19:04

Xəzərin hüquqi statusu –Putinlə Ruhani müzakirə etdi (FOTO)

“Rusiya prezidenti ilə Xəzərin hüquqi statusuna dair məsələni müzakirə etdik”.

Bunu İran prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

O, rusiyalı həmkarı ilə görüşdə Xəzərin hüquqi statusuna dair Konvensiyasının hazırlanması ilə bağlı sənədlərə yenidən baxdıqlarını deyib. 

V. Putin də Xəzərin statusu məsələsinə toxunub: “Görüşdə bu il Astanada keçiriləcək Xəzəryanı ölkə başçılarının V sammitində Xəzərin hüququ statusu ilə bağlı Konvensiyanın hazırlanmasının tez bir zamanda başa çatdırılmasının məqsədəuyğunluğu qeyd olunub”.

Qeyd edək ki, Rusiya və İran prezidentlərinin birgə bəyanatında da Xəzər regionunda əməkdaşlığa dair bənd yer alıb. Bəyanatda qeyd olunub ki, tərəflər Xəzər regionunda sülh, stabillik və təhlükəsizliyin təmin olunması, gəmiçilik, tranzit və çoxmodullu yükdaşımaları, dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, su bioresurslarının mühafizəsi və idarəçiliyi, neft çirklənmələrinə qarşı mübarizə, o cümlədən ticarət, turizm və dəniz elmi araşdırmaları sahələrində çoxtərəfli əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinə tərəfdar olduqlarını bildiriblər.

APA