XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

28 Mart 2017 - 19:32

31 mart – Azərbaycanlıların Soyqırımı Günü anılacaq –Nazirlik tədbirlər planı təsdiqlədi

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər planı açıqlanıb.

Baş İdarədən Strateq.az-a verilən məlumata görə, tədbirlər uşaq musiqi və incəsənət məktəblərində, Heydər Əliyev mərkəzləri və muzeylərdə, mədəniyyət evləri və klublarda, həmçinin kitabxanalarda keçiriləcək. Sərgilər, mühazirələr, “dəyirmi masa”lar formasında təşkil olunacaq silsilə tədbirlərdə faciə qurbanlarının xatirələri anılacaq.

Qeyd edək ki, XX əsrin əvvəllərində xalqımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlayan erməni daşnaklarının 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə kütləvi qırğınlar törədərək, on minlərlə soydaşımızı qətlə yetiriblər. Təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilib, 20 minədək azərbaycanlı şəhid olub, bir milyondan çox həmvətənlimiz doğma torpaqlarından qovulub.