XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2015 - 14:50

Çingiz Abdullayev “Neftçi”nin prezidenti seçildi – Rəsmi

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı çingiz Abdullayev “Neftçi” futbol klubunun prezidenti seçilib.

Report-un məlumatına görə, yeni təyinata bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasında keçirilən Müşahidə Şurasına seçkilər zamanı qərar verilib.

ç.Abdullayev bu postda Sadıq Sadıqovu əvəzləyib. Klubun Müşahidə Şurasında Mübariz Zeynalov, Səmədağa Qurbanov və Bəhram Bağırzadə, Sadıq Sadıqov və SOCAR-dan 2 nəfər yer alıb.

Qeyd edək ki, “Neftçi”nin sabiq rəhbəri Sadıq Sadıqov 2009-cu ildən klubun prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub və Azərbaycan futbolunda ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.