XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2017 - 10:45

Diplomatlar üçün ayrılan pulları təyinatı üzrə istifadə etməyənlərməsuliyyət daşıyacaqlar

Nazirlər Kabineti (NK) “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edib.

NK-dan Trend.az-a verilən məlumata görə, diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, həmin qaydalara görə, dövlət büdcəsindən diplomatik nümayəndəliklərə ayrılan maliyyə vəsaitləri təyinatı üzrə istifadə edilməli və ilin sonuna istifadə olunmayan qalıq vəsait ilkin mənbəyə qaytarılmalıdır.