XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2017 - 13:26

Bakıda Pakistan İslam Respublikasının Milli Günü qeyd olunub –FOTO

 

Pakistanın Azərbaycandakı səfriliyi ölkəsinin Milli Gününün 77-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Strateq.az xəbər verir ki, səfir Said Xan Mohmand çıxış edərək Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu xatırladıb, ölkələrimiz arasındakı qardaşlıq, dostluq əlaqələrinin movcudluğundan danışıb. Səfir bildirib ki, prezident İlham Əliyevin keçən ay İslamabada etdiyi rəsmi səfərdən sonra əlaqələr daha da sürətlənərək inkişaf etməyə başlayıb.

Azərbaycan hökuməti adından Pakistan xalqını təbrik edən müdafiə sənaye naziri Yavər Camalov da ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin mövcudluğuna toxunub. Onun sözlərinə görə, ölkəmiz müstəqillik qazandığı ilk gündən qardaş ölkə Pakistanın dəstəyini hiss edib. Nazir deyib ki, ölkələrimiz arasında bri sıra sahələlərdə, xüsusən də müdafiə sənayesi sahəsində geniş əlaqələr mövcuddur. 2016-cı ildə İslamabadda keçirilən hökumətlərarası komissiyanın iclasını xatırladan Y.Camalov deyib ki, bu iclasda 17 sahə üzrə əməkdaşlıq nəzərdən keçirilib və həyata keçiriləcək tədbirlər imzalanan protokolda öz əksini tapıb. O, rəsmi İslamabadın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini və Pakistanın dünyada yeganə dövlət olaraq Ermənistanı dövlət olaraq tanımadığını da xatırladıb.

 Strateq.az