XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2017 - 16:07

Dövlət İmtahan Mərkəzinin Ağcabədidəki regional bölməsiBərdəyə köçürülüb

Dövlət İmtahan Mərkəzinin (DİM) Ağcabədi şəhəri, F.Əlizadə küçəsi, 1 ünvanında yerləşən regional bölməsi Bərdə şəhəri, H.Əliyev prospekti, 88 ünvanına köçürülüb.

DİM-dən Azərtac-a bildirilib ki, Bərdə regional bölməsinin (əlaqə telefonu: (020) 205-01-86) fəaliyyət dairəsinə Bərdə, Yevlax, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Beyləqan, Zərdab, Laçın və Xocavənd rayonları daxildir. Orta ixtisas təhsili və ali təhsil müəssisələrinə ərizə qəbulu üçün yaradılmış (bir qism abituriyentlər üçün) Sənəd Qəbulu Komissiyası da Bərdə regional bölməsində fəaliyyət göstərir.