XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

29 Mart 2017 - 16:22

Elektron sınaq imtahanlarında yeni test tapşırığı nümunələrindənistifadə olunacaq

Aprelin 1-dən 9-dək keçiriləcək ödənişli elektron sınaq imtahanlarına yazılış davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildirilib ki, bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq. Test nümunələri imtahan fənləri üzrə qəbul proqramına və imtahan modelinə tam uyğun hazırlanıb.

Abituriyentlər elektron sınaq imtahanlarında iştirak etməklə qəbul imtahanlarına hazırlıq səviyyələrini yoxlayacaq, testlərlə işləmək vərdişlərini artıracaqlar. Sınaq imtahanları abituriyentlərə imtahandan sonra yenidən test suallarına baxmaq, onları təhlil etmək, öz cavablarını etalon cavablarla müqayisə etmək imkanı da yaradır.

Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər DİM-in imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. Ödəniş (10 manat) qaydaları ilə saytda tanış olmaq mümkündür.

İmtahan müddəti 3 saatdır.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.