XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2017 - 21:20

Cocuq Mərcanlıda 1700-dən çoxqəlpə tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 29-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1727 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 14 min 64 kvadratmetr ərazi (428 kvadratmetr əl ilə, 4500 kvadratmetr mexaniki üsulla və 9 min 136 kvadratmetr minaaxtaran itlərin vasitəsilə) yoxlanılıb.

ANAMA-dan bildiriblər ki, 43 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi iki partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd “PQ-7VL” və 1 ədəd “PQ-7VM”), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi və 8 ədəd “TM-62P3” minasının gücləndiricisi, 5 ədəd piyada əleyhinə “OZM-72” mina və 33 ədəd tank əleyhinə mina (9 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 259 min 207 kvadratmetr ərazi (422 min 238 kvadratmetr əl ilə, 356 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 367 min 969 kvadratmetr minaaxtaran itlərin köməyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

ANAMA tərəfindən yanvarın 1-dən martın 29-dək cəmi 5002 partlamamış hərbi sursat, tank əleyhinə 74 mina və piyada əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 313 min 841 kvadratmetr ərazi (476 min 872 kvadratmetr əl ilə, 356 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 367 min 969 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.